Merkel fələstinli qızı ağlatdı - VİDEO
Bizi izləyin

Dünya

Merkel fələstinli qızı ağlatdı - VİDEO

Ailəsi ilə birlikdə Almaniyadan deportasiya edilməsi barədə qərar verilən fələstinli qaçqın qız kansler Angela Merkeldən mənfi cavab aldığı üçün ağlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tələbələrin olduğu bir toplantıda danışan Reem adlı qız Almaniyadan deportasiya ediləcəyi halda arzularının puç olacağını deyib.

Tək arzusunun Almaniyada təhsil almaq olduğunu deyən qız 4 ildir tələbə olduğunu, alman və ingilis dillərini ana dili səviyyəsində bildiyini söyləyib.

Fələstinli qızdan sonra danışan Merkel qıza mənfi cavab verib: “Siyasət bəzən çətin ola bilər. Sən təbii ki, çox şirin bir qızsan. Amma Livandakı qaçqın düşərgələrində minlərlə fələstinli var. Onları, həmçinin Afrikadakıları qəbul edə bilmərik”.

Bu cavabından sonra qızın ağladığını görən, kansler ona təsəlli verməyə çalışıb. “Sən, möcüzə bir iş bacardın”, - Merkel deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm