ABŞ-ın 2 hərbi obyektinə hücum edildi
Bizi izləyin

Dünya

ABŞ-ın 2 hərbi obyektinə hücum edildi

ABŞ-ın Tennesi ştatında 2 hərbi obyektə hücum edilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hücum zamanı silahlı da daxil olmaqda 5 nəfər həlak olub. Hadisə Çattanuqa şəhərində baş verib.

Belə ki, Küveytdə doğulmuş 24 yaşlı Mohammad Youssuf Abdulazeez adlı şübhəli maşınla hərbi çağırış mərkəzinə gedib və atəş açmağa başlayıb. O, daha sonra 10 km uzaqda yerləşən Donanma Ehtiyat Mərkəzinə sürüb və 4 hərbçini güllələyib. Özünü də polis öldürüb. Bir polis, bir hərbçi olmaqla 3 nəfər yaralanıb.

ABŞ Hərbi-Dəniz Donanması dörd hərbçinin öldüyünü təsdiqləyib.

Prezident Barak Obama qətlləri sarsıdıcı adlandırıb, atışmanı hərtərəfli araşdırmağa çağırıb.

ABŞ müdafiə naziri Aş Karter isə insidentin məntiqsiz zorakılıq hərəkəti və qəddar cinayət olduğunu söyləyib.

Ancaq ABŞ-ın Tennesi ştatının prokuroru Bill Killian isə hadisəni terror adlandırıb: “Biz bu hərəkəti daxili terrorçuluq sayırıq”.

Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu insidentin beynəlxalq terror təşkilatlarına bağlılığına dair heç bir sübut tapmayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm