"Müsəlman qardaşları" ilə polis arasında toqquşma: 6 ölü
Bizi izləyin

Dünya

"Müsəlman qardaşları" ilə polis arasında toqquşma: 6 ölü

Qahirədə "Müsəlman qardaşları" təşkilatı tərəfdarlarının polislə toqquşması zamanı altı nəfər həlak olub, ən azı üç nəfər isə yaralanıb. Bu barədə məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb.

İğtişaşlar Misirin paytaxtının Qizə rayonunda cümə namazından sonra baş verib. Radikal qruplaşmalar sabitliyi pozmaq məqsədilə silsilə təxribatlar törətmək istəyiblər, lakin polis buna imkan verməyib. Nəticədə "Müsəlman qardaşları”nın 15 nəfər tərəfdarı polis tərəfindən saxlanılıb.

Bu gün keçmiş prezident Məhəmməd Mursinin tərəfdarları olan paytaxt tələbələri də icazəsiz yürüş keçirməyə cəhd göstərsələr də, qarşısı polis tərəfindən qarşısı dərhal alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm