Niger prezidentinin Türkiyəyə dörd günlük səfəri başlayıb
Bizi izləyin

Dünya

Niger prezidentinin Türkiyəyə dörd günlük səfəri başlayıb

Nigerin prezidenti Mahamadu İssufu bu dövlətin prezidenti səviyyəsində ilk səfərini Türkiyədə keçirir. İssufunun Türkiyəyə dördgünlük rəsmi səfəri bu gün başlayıb. Bu barədə Trend TRT telekanalının saytı istinadən xəbər verir.

Nigerin prezidenti Mahamadu İssufu bu dövlətin prezidenti səviyyəsində ilk səfərini Türkiyədə keçirir. İssufunun Türkiyəyə dördgünlük rəsmi səfəri bu gün başlayıb.

Sabah İssufu və onu müşayiət edən çoxsaylı nazirlərdən ibarət nümayəndə heyəti artıq öz rəsmi kontaktlarına başlayacaq.

Çərşənbə günü İssufu iki ölkə sahibkarlarının iştirakı ilə İstanbulda təşkil olunacaq işgüzar forumunda iştirak edəcək.

İssufunun Türkiyəyə səfəri çərçivəsində dövlətlər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanacaq. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm