Norveç qiyamətə hazırlaşır: – xüsusi yeraltı məkandan FOTOLAR
Bizi izləyin

Dünya

Norveç qiyamətə hazırlaşır: – xüsusi yeraltı məkandan FOTOLAR

Norveçdə “Qiyamət Anbarı” inşa edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər son dərəcə gizli şəkildə inşa edilmiş, lakin mətbu orqanların bu barədə xəbərlər yaymasından sonra ictimaiyyətə açıqlanmış gizli yeraltı məkan gələcək sakinlərinin yolunu gözləyir. “Qiyamət Anbarı” ölkənin son dərəcə soyuq ərazisində, yerin altında inşa olunub.

O, iri miqyaslı təbii fəlakətlərə, habelə hər hansı nüvə müharibəsi sonunda dünyanın sonunun gələcəyi təqdirdə ölkə sakinlərinin burada yaşamasına hesablanıb.

Yerin altında inşa edilmiş anbar-şəhər daxili görünüşü və şəraiti ilə də diqqət çəkir. Anbar xüsusi ərzaqlarla, uzun müddət qala bilən yeməklərlə, işıqlandırma sistemi, habelə geyimlərlə təmin edilib. Bura qeyri-rəsmi və icazəsiz giriş qadağandır və həmin qaydanı pozanları ciddi cəza gözləyir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm