Dünya
Bakı - Supsa Gürcüstanı ayağa qaldırdı
Rusiya hərbi qüvvələrinin Gürcüstanın nəzarətində olan
torpaqlara daxil olması paytaxt Tiflisidə minlərlə insanın
etirazına səbəb olub.
ANS PRESS-in məlumatına görə, rus qoşunları Cənubi Osetiya
istiqamətindən 1 kilometr məsafəyə qədər Gürcüstanın ərazisinə
daxil olublar. Rəsmi Tiflis Rusiyanın Baku-Supsa neft kəmərinə
nəzarəti ələ keçirməyə çalışdığını bildirib.
Gürcüstan hökuməti Rusiyanın təcavüzlərini dayandırmaq məqsədilə
Moskva ilə danışıqlar aparsa da, danışıqlar indiyə qədər fayda
verməyib. Gürcüstan xalqı hökuməti danışıqları dayandırmağa
çağırıb.
Gürcüstan parlamentinin üzvü İrma Nadiraşvili bildirib: “Rusiya hər
gün Gürcüstan ərazisini işğal edir. Buna baxmayaraq, hökumət bunun
qarşısını almaq üçün heç bir tədbir görmür. Düşünürəm ki, xalq buna
qarşı etiraz etməlidir. Hansı partiya tərəfdarı olmamızdan asılı
olmayaraq biz birlikdə Rusiya və Gürcüstan hökumətinin siyasətinə
qarşı çıxmalıyıq”.
Birləşmiş Milli Hərəkatın üzvü Qiqa Bokeriya deyib: “Rusiyanın bu
hərəkəti bizim dövlətçiliyimizə, azadlığımıza qarşı təhlükədir.
Lakin əsas problem bu təhlükəyə qarı çıxa biləcək qabiliyyəti olan
hökumətin mövcud olmamasıdır. Ona görə də məqsədimiz bu hökuməti
demokratik yolla devirmək və ölkəni müdafiə etmək üçün ordunu
lazımi hazırlıq səviyyəsinə gətirməkdir”.
2008-ci ildə Ruisya ilə müharibə nəticəsində Gürcüstan Cənubi
Osetiya ərazisinə nəzarəti itirdi. Daha sonra Rusiya Cənubi
Osetiyanı müstəqil ölkə kimi tanıdı.
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”