Prezidentə rus dilində danışmağı qadağan etdilər
Bizi izləyin

Dünya

Prezidentə rus dilində danışmağı qadağan etdilər

Latviyanın dövlət dili komissiyasının sədri Andrey Veysberqs prezident Raymond Veyonisdən yalnız latış dilində danışmağı tələb edib.

Publika.az xəbər verir ki, bu barədə LSM portalı bildirib.

Veyonis prezident seçkilərindən əvvəl bildirib ki, o, mətbuatla ona müraciət olunan dildə ünsiyyət saxlamaqda davam edəcək. Dövlət başçısı həmçinin qeyd edib ki, rusdilli jurnalistlərlə ünsiyyət saxlayacaq. Raymond Veyonisin sözlərinə görə, Puşkinin nağılları ilə tərbiyə olunub və rus dilini özünə doğma hesab edir.

Daha əvvəl Latviyanın müdafiə naziri postunu tutan Raymond Veyonis 3 iyunda dördillik müddətə prezident seçilib. Yüz yerlik Latviyanın parlamentinin 55 deputatı gizli səsvermənin gedişatında onun namizədliyini dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm