Məşhur narkobaron həbsxanadan belə qaçıb - DETALLAR/FOTO
Bizi izləyin

Dünya

Məşhur narkobaron həbsxanadan belə qaçıb - DETALLAR/FOTO

Məhşur narkobaronun həbsxanadan qaçışı ona 50 milyon dollara başa gəlib. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli mediya məlumt yayıb.Məlumata görə, Meksika hökuməti El Kaponun ələ keçirilməsinə görə 3,8 milyon dollar mükafat təyin edib. Məşhur narkobaronun ciddi rejimə malik həbsxanadan tunel vasitəsilə qaçmasının yeni detalları da açıqlanıb.

El Kapo ləqəbi ilə tanınan Joaquín Guzmán Meksikanın sərt rejimli Altiplano həbsxanasından iyulun 11-də qaçıb.

Meksikanın xüsusi xidmət orqanı mühafizə kameralarının yaddaşına həkk olunan görüntüləri yayıb. Videoyazılışda El Kaponun türmədən qaçmasından az əvvəlki görüntüləri var.​

“TUNEL MÜSAİR TEXNOLOGİYA İLƏ QAZILIB”

Jurnalistlərə açıqlamasında Mesikanın daxili işlər naziri Miguel Angel Osorio Chong deyib ki, söhbət Meksikaya böyük zərbə vurmuş bir düşməndən gedir:

“Onu geri qaytarmaq cəhtlərində arxaya heç bir addım atılmayacaq”.

Nazir deyib ki, El Kaponun axtarışına onun duş almaq üçün olan vanna otağından görüntüsü yox olandan dərhal sonra başlanıb. O deyib ki, polis dərinliyi 60 fut olan tuneldə də axtarış aparıb.

“Tunel müasir texnologiya vasitəsilə hazırlanıb, bu da ona imkan verib ki, həmin ərazini təhlükəsizlik qüvvələri onun arxasınca düşənədək daha tez tərk etsin” – nazir əlavə edib.

Havalandırma sistemi olan tuneli motosikllə keçmək mümkündür. Rəsmilərin açıqlamasına görə, El Kapo tuneli motosikl vasitəsilə keçərək öz azadlığı üçün tikdirdiyi bu evdən qaçıb.

SON OLARAQ DUŞ KABİNETİNƏ GEDİB

“Tunel elektrik lampaları vasitəsilə işıqlandırılıb, amma o buranı keçərkən arxasında qalan lampaları sındırıb, bu da axtarış imkanlarını bir qədər çəkinləşdirib” – nazir Osorio Chong belə deyir.
Nazir iddia edir ki, El Kaponun 2014-cü ilin fevralından həbs olunaraq saxlandığı həbsxana bütün beynəlxalq meyarlara cavab verir.
El Kaponun qolunda elektron bazubənd də olub və o, həbsxanada kameralar vasitəsilə daim nəzarətdə olub. İnsan haqlarının tələbinə görə 2 yerdə kameralar vasitəsilə müşayiət dondurulur ki, bunun da biri duş kabinetidir. Narkobaron tunelə girməmişdən əvvəl qolundakı bazubəndi də qırıb atıb.
Həbsxana kameralarının görüntüsünə görə, Guzman son olaraq öz yatağına doğru gedib, orada oturub və ayaqqabılarını dəyişib.

Daha sonra duş kabinetinə gedir və bundan sonra sadəcə olaraq yoxa çıxır. Qaçışdan sonra çəkilmiş bir videomaterialda isə duş kabinəsinin döşəməsində kvadrat formalı kəsilmiş yerin olduğu görünür.

QAÇIŞ 50 MİLYON DOLLARA BAŞA GƏLİB

Məşhur narkobaronun azadlığa qovuşması ölkədə diqqəti həm də bir daha korrupsiya üzərinə çəkir. Şərhçilər sual edirlər ki, heç bir səs-səmir olmadan bu tunel necə qazılıb və tunelin tikintisini aparan kəslər onun duş kabineti ilə dəqiq kəsişməsini necə tapa biliblər.

Medianın yazdığına görə, həbsxana rəhbərliyi və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxil El Kaponun həbsxanadan qaçması ona 50 milyon dollar başa gəlib.
Hökumət məsələni tam araşdıracağını söz verib. “Bu işdə əli olan istənilən şəxs, o cümlədən dövlət məmuru cəzalandırılacaq. Bu qaçışda rolu olan hər kəs üzə çıxarılacaq” – daxili işlər naziri deyib.

BU QAÇIŞ ABŞ-LA MÜNASİBƏTƏ DƏ TƏSİR EDƏCƏK

Osorio Chong onu da deyib ki, hazırda Meksika hökuməti El Kaponun axtarışında, xüsusilə də onun sərhəddi keçməməsində ABŞ və digər beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməklə əlindən gələni edir.
Kaponun qaçmağa nail olması Meksika ilə ABŞ arasındakı münasibətlərə də sərinlik gətirəcəyi təhlükəsi yaradır. El Kapo ABŞ hakimiyyəti tərəfindən “dünyanın ən qüdrətli narkobaronu” elan olunub. Onun ABŞ-ın mərkəzində narkotik vasitələrin yayılmasında xüsusi rol oynadığı vurğulanır.

Joaquín Guzmán zəngin adam sayılır. 2009-cu ildə onun sərvıti 1 milyard dollar həcmində qiymətləndirilib. 2011-ci ildə o, “Forbes”ə görə, dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm