İŞİD Ramadiyə hücum etdi: 26 ölü
Bizi izləyin

Dünya

İŞİD Ramadiyə hücum etdi: 26 ölü

İŞİD-in hücumu nəticəsində İraqın qərbində yerləşən Anbar əyalətinin inzibati mərkəzi olan Ramadi şəhərində təhlükəsizlik qüvvələrinin 26 nümayəndəsi həlak olub.

“Al Arabiya” telekanalının yaydığı məlumata görə, onlardan 16-sı şəhərin cənubunda ekstremistlərin pusqusuna düşüb, qalan 10 nəfər isə müxtəlif rayonlarda qətlə yetirilib.

Anbar əyalətinin təhlükəsizlik qüvvələri nümayəndələrinin məlumatına görə, ötən üç gün ərzində əks-hücum əməliyyatları nəticəsində qruplaşmanın 70 ekstremisti məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm