İraqda partlayışlar, onlarla ölən var - FOTO
Bizi izləyin

Dünya

İraqda partlayışlar, onlarla ölən var - FOTO

İraqın paytaxtı Bağdad yaxınlığında yenidən partlayış törədilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bir neçə bomba hücumu zamanı ən azı 8 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.

Paytaxt polisi bildirib ki, iyulun 19-da yol kənarına qoyulmuş bomba partlayıb, 4 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Bağdadın şərqində isə yenə də yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Nahravan məhəlləsində törədilən partlayışda isə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

 Bu hücumlara görə hələ ki, məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq son aylar Bağdadda və ətrafında oxşar hücumlara görə İŞİD silahlı qruplaşması məsuliyyət daşıdığını bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm