Dünya
ABŞ ordusu terrorçu əvəzinə 14 əfqan əsgərini öldürdü – ŞOK
Bu ilin dekabrında Əfqanıstandan çıxaraq yalnız təhlükəsizliyi təmin etməyi planlaşdırılan ABŞ ordusu Taliban hərəkatı üzvlərinə qarşı həyata keçirdiyi hava hücumu zamanı səhvən Əfqanıstan ordusu əsgərlərini vurub.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, paytaxt Kabilin cənubunda yerləşən Logar bölgəsində həyata keçirilən ABŞ hava hücumu zamanı 14 əfqan əsgəri həlak olub.
Bölgəyə təhkim olunan Əfqanıstan nümayəndəsi Məhəmməd Rahim bəyan edib ki, bu gün səhər saatlarında ABŞ ordusuna məxsus hərbi helikopterlər Logara bağlı olan Baraki Barakda yerləşən nəzarət məntəqəsini bombalayıb: “Daha sonra nəzarət məntəqəsi sürətlə yanmağa başlayıb. Bombardman nəticəsində 14 Əfqanıstan əsgəri həlak olub. Hazırda sözügedən hadisə ilə əlaqədar araşdırmalar davam edir".
Xatırladaq ki, İraqın Baraki Barak ərazisində bir müddət əvvəl də oxşar hadisə baş vermişdi. Həmin vaxtı NATO qüvvələrinin hücumu nəticəsində 5 dinc, 6 nəfər isə əsgər olmaqla 11 nəfər həyatını itirmişdi.
Vasif Həsənli
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü