İranla bağlı qətnamə qəbul edildi
Bizi izləyin

Dünya

İranla bağlı qətnamə qəbul edildi

BMT-nin təhlükəsialik şurası iyulun 20-də İrana qarşı sanksiyaların aradan qaldırılmasına başlanmasını nəzərdə tutuan qətnamə qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəddə İrana qarşı iqtisadi sanksiyaların tədricən və şərti aradan qaldırılması və əvəzində İranın nüvə silahı üzərində işləmədiyinə təminat verməsi nəzərdə tutulur.

Sənəddə həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə obyektlərində lazımi yoxlama və baxış keçirmələri nəzərdə tutulur.

Qətnamədə həmçinin İranın agentliklə hərtərəfli əməkdaşlıq etməsi tələb olunur.

Qeyd edək ki, Tehran və Aparıcı 6 dünya ölkəsi iyulun 14-də Vyanada İranın nüvə proqramı ilə bağlı yekun saziş əldə ediblər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların yumşaldılması və ya aradan qaldırılmasından gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm