Putinin hədəfləri açıqlandı
Bizi izləyin

Dünya

Putinin hədəfləri açıqlandı

“Rusiya prezidenti Vladimir Putin ölkəsində onu devirəcək “rəngli inqilab”ın baş verə biləcəyindən qorxur”.

Publika.az xəbər verir ki, bu sözləri məşhur Rusiya jurnalisti və hərbi eksperti Aleksandr Qols “Apostrof" saytına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, məhz “rəngli inqilab” qorxusu Vladimir Putini Krımı ilhaq etməyə və Ukraynanın şərqində müharibəyə getməyə məcbur etdi: “Putin Kiyev Meydanında “rəngli inqilab” kabusunu gördü. O, “rəngli inqilab”ı hakimiyyətinə əsas təhlükə hesab edir". Təsəvvür mövcuddur ki, “rəngli inqilablar” Qərb xüsusi xidmət orqanlarının xain fəaliyyətinin nəticəsidir. Kreml dəhşət içərisində idi: “rəngli inqilablar” Rusiyanın sərhədlərinə yaxınlaşır, əvvəlcə Gürcüstan, sonra Ukrayna və sabah Rusiya. Bax, Putin buna qarşı durur”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya liderinin hədəfi həm də “dünya masası”nda yer qazanmaqdır: “Kiyev Meydanının nəticəsində Qərb Rusiyanı dünyanın taleyüklü məsələlərinin həll olunduğu masadan atdı. Rusiya Donbas hövzəsində yalnız Ukrayna ilə deyil, həm də ABŞ-la vuruşur, sözügedən masada yer üçün vuruşur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm