Çində "ticarət mərkəzinə bomba yerləşdirən uyğur" saxlanılıb
Bizi izləyin

Dünya

Çində "ticarət mərkəzinə bomba yerləşdirən uyğur" saxlanılıb

Çində ticarət mərkəzlərindən birinə bomba yerləşdirməyə cəhd göstərən uyğur həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Çinin CCTV dövlət telekanalı məlumat yayıb. Məlumata görə, “Aykebayır” adı ilə tanınan bu şəxs 2013-cü ildə Türkiyədən keçərək getdiyi Suriyada partladıcıların hazırlanması üzrə təlim alıb.

Sürgündə yaşayan uyğurların Dünya Uygur Qurultayı bu iddiaları anti-təbliğat adlandırıb.

Xəbərlərdə, başı qırxılmış və məhbus qiyafəsində olan Aykebayırın Çinə nə zaman döndüyü bildirilməyib.

Ölkənin şimalındakı Şiciazuanq şəhərindəki ticarət mərkəzinə bomba yerləşdirməyə cəhd göstərdiyi iddia edilən şəxs göz yaşları içində "anamdan məni bağışlamasını istəyirəm" deyib.

Xəbərdə Aykebayırın nə zaman həbs olunduğu da bildirilmir.

Çin dövlət mediası tez-tez və mənbə göstərmədən türkdilli uyğurların Yaxın Şərqdəki cihadçılarla əlaqələrinə işarə edən xəbərlər yayır.

Bəzi uyğurlar təzyiq altında olduqlarına görə Çini tərk etdiklərini bildirirlər.

Bu ay Taylanddın 100-dək uyğuru Çinə təslim etməsi Türkiyədə etirazlara səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm