Dünya
Ərdoğandan savaş anonsu: vaxtdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa
vilayətinin Suruç rayonunda baş vermiş terror aktı ilə bağlı
açıqlama verib.
Ərdoğan artıq hərəkətə keçməyin vaxtının çatdığını bəyan
edib.
"Terrorun dini, irqi, vətəni yoxdur. Terrora qarşı beynəlxalq
işbirliyi çərçivəsində mübarizə aparmağın vacib olduğu göz
önündədir. Bunu illərdir ki, deyirik. Amma deməklə kifayətlənməyib
artıq hərəkətə keçərək iş görməyin vaxtı çatdığını xüsusilə
vurğulamaq istəyirəm", - Türkiyə prezidenti bəyan edib.
Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı
verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə
edib.
Şanlıurfadakı terror aktı ilə bağlı Türkiyə baş naziri Əhməd
Davudoğlu da açıqlama verib. O bildirib ki, Suruç rayonundakı
terror aktı İŞİD terrorçu qruplaşmasının üzvü tərəfindən həyata
keçirilib.
Bu gün Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda Amara
mədəniyyət mərkəzinin qarşısında toplaşan gənclər arasında 18 yaşlı
İŞİD-çi qız özünü partladıb. Güclü partlayış zamanı ölənlərin sayı
30 nəfərə çatıb. 100-dən çox yaralının olduğu bildirilir. Müxtəlif
xəstəxanalara yerləşdirilən yaralıların çoxunun vəziyyəti ağır
olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Türkiyədə terror aktı törədilərkən Suriyanın Kobani şəhərində də
partlayış baş verib. Bu isə hər iki partlayışın bir-biri ilə
bağlılığının olması şübhələrini yaradıb.
Terror aktından sonra Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə
yerləşdirilən tank, haubitsalar, raket və topların istiqamətini
Suriya tərəfinə çevrib. Sərhədə əlavə tank və digər zirehli hərbi
texnikalar gətirilib. Bütün hərbi texnika səfərbər edilib.
Partlayışdan sonrakı görüntülər
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır