Çində partlayış, ölənlər var - FOTOLAR
Bizi izləyin

Dünya

Çində partlayış, ölənlər var - FOTOLAR

Çinin Şandun əyalətində partlayış baş verib. Hadisə nəticəsində 2 insan həlak olub, 24 insan isə ağır yaralanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış Xetze şəhər parkında baş verib. İlkin ehtimala görə, partlayışı 33 yaşlı işsiz yerli sakin Se Sintan törədib. Partlayış nəticəsində onun özü də həlak olub.

Polis hadisənin təfərrüatlarını araşdırır. Partlayışın terror aktı olmadığı bildirilir. Verilən məlumata əsasən, Sintan uzun müddət işsiz olub və ağır xəstəlikdən əziyyət çəkib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm