Türkiyədə daha bir partlayış törədildi – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyədə daha bir partlayış törədildi – FOTOLAR

Bu gecə Türkiyənin Diyarbəkir vilayətinin Silvan bölgəsində yük maşını bir qrup etirazçılar tərəfindən yandırılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, yanğın zamanı yük avtomobili partlayıb.

Yanğının qarşısını almaq üçün yerli xilasetmə qüvvələri müdaxilə etməyə çalışsa da, nümayişçilər yanğınsöndürənlərə daş ataraq, onlara mane olublar. Nəticədə, yanğının qarşısını almaq mümkün olmayıb.

Eyni vaxtda bölgədə nümayişçilər tərəfindən silahdan atəş açılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm