Türkiyədə terrorçuların basdırdığı 100 kiloqramlıq bomba aşkarlandı – ŞOK
Bizi izləyin

Dünya

Türkiyədə terrorçuların basdırdığı 100 kiloqramlıq bomba aşkarlandı – ŞOK

Türkiyənin Tunceli bölgəsində yol nəzarəti aparan təhlükəsizlik qüvvələri PKK-nın yola döşədiyi 100 kiloqramlıq partlamamış bomba aşkar ediblər.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şəhər mərkəzinə 15 kilometr məsafədə tapılan bombanı zərərsizləşdirmək üçün əraziyə çox sayda zirehli texnika və minatəmizləyən qüvvələr cəlb olunub.

Uzaqdan idarə olunan bomba qurğusunun PKK terrorçuları tərəfindən yerləşdirildiyi məlum olub.

Hazırda Türkiyə Jandarma Qüvvələri sözügedən ərazidə araşdırmaları davam etdirir.

Mütəxəssislər isə bəyan edib ki, 100 kiloqramlıq bomba böyük bir qəsəbəni yerlə yeksan etmək gücünə malikdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm