Şəhərdə iki gündə 35 nəfər öldürülüb
Bizi izləyin

Dünya

Şəhərdə iki gündə 35 nəfər öldürülüb

Braziliya polisi Manaus şəhərində 18-19 iyul tarixlərində törədilmiş 35 qətli araşdırır.

Publika.az xəbər verir ki, bu barədə “BBC News” bildirir.

İlk olaraq polis vurulub. Qətl yerli bankda törədilib. Hüquq-mühafizə orqanlarının versiyasına görə, qətl həmkarlarının qisasını alan narkotik alverçiləri tərəfindən törədilib.

Manaus Amazonas ştatının paytaxtıdır. İki milyon insanın yaşadığı şəhərdə hər gün orta hesabla iki-üç insan öldürülür. 2012-ci ildə isə Braziliyada odlu silahla törədilən qətllərin sayına görə rekord qeydə alınıb. Həmin il 42 min braziliyalı öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm