Putinə hörmət prezidentliyə namizədin reytinqini yüksəltdi
Bizi izləyin

Dünya

Putinə hörmət prezidentliyə namizədin reytinqini yüksəltdi

ABŞ-da prezident seçkisi kampaniyasında sensasiyalı proseslər baş verir.

Publika.az xəbər verir ki, “The Washington Post” qəzeti və “ABC News” televiziya şirkətinin keçirdiyi sorğu Respublikaçılar Partiyasında milyarder və televiziya aparıcısı Donald Trampın lider olduğunu göstərir.

Onun reytinqi respublikaçıların əvvəlki favoriti Ceb Buşun reytinqini iki dəfə keçib. Deyilənə görə, Con Makkeyni Vyetnam müharibəsinin qəhrəmanı hesab etməməsi və Rusiya prezidenti Vladimir Putinlə münasibətləri qaydaya salmaq istəməsi milyarderin reytinqini yüksəldib. Bir ay əvvəl seçki kampaniyasının başlandığını rəsmən elan edən və ciddi qəbul olunmayan Donald Tramp bu gün ABŞ-ın ən çox müzakirə edilən siyasətçisi olub.

Sorğu göstərir ki, Respublikaçılar Partiyasının 24 faiz tərəfdarı qeyri-adi milyarder və televiziya aparıcısını dəstəkləməyə hazırdır. Reytinqdə ikinci yeri 13 faizlə Viskonsin ştatının qubernatoru Skott Uoker tutur. Florida ştatının keçmiş qubernatoru, ABŞ-ın 43-cü prezidenti Corc Buşun qardaşı Ceb Buş bir ay əvvəl mübahisəsiz favorit hesab edilsə də, hazırda onun reytinqi yalnız 12 faizdir.

İyulun ortasında televiziya aparıcısı Nyu-Yorkda çıxış edərək ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşulduğunu elan etdi. Öz nitqində işsizlik probleminə toxundu, ABŞ-ı divarla Meksikadan ayıracağına və İŞİD-ə qalib gələcəyinə söz verdi.

Las-Veqasda seçicilərlə görüşən milyarder Rusiya-Amerika münasibətlərinə toxundu. Donald Trampın fikrincə, hazırkı problemlərin əsas səbəbi prezident Putinə hörmət etməyən Barak Obamadır. “Düşünürəm ki, biz Putinlə çox yaxşı yola gedəcəyik”, - o, deyib.

Las-Veqasda Donald Tramp həmçinin söz verib ki, Ağ Evin başçısı olacağı halda Çinlə münasibətlərin yaxşılaşması üçün çalışacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm