İstanbulda 2 gəmi toqquşdu, itkin düşən var
Bizi izləyin

Dünya

İstanbulda 2 gəmi toqquşdu, itkin düşən var

İstanbulun Riva dəniz sahillərində üzən “Şengül K” ilə “Akel” adlı iki gəmi bir-biri ilə toqquşub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, toqquşma zamanı “Akel” adlı gəmi batıb. Baş verən hadisə zamanı gəmilərdə olan 12 nəfərdən 11-i xilas edilsə də, bir nəfər itkin düşüb.

Hadisə yerinə Sahil Təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda itkin düşən şəxsin axtarış işləri davam etdirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm