"Twitter" bağlandı
Bizi izləyin

Dünya

"Twitter" bağlandı

Bu gün Türkiyədə bir çox mobil şəbəkə istifadəçiləri "Twitter"-ə daxil ola bilməyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mobil şəbəkə istifadəçiləri xəbər lentini yeniləsə də, mənbə açılmayıb.

Bu problem ölkənin bütün şəhərlərində yaşandığı üçün narazılığa səbəb olub. Bununla belə, bəzi internet provayderlərin müştərilərində sosial şəbəkə açıqdır.

NTV televiziya kanalının verdiyi məlumata görə, “Twitter”in açılmamasının səbəbi Suruçda baş verən terror aktı ilə bağlıdır.

Qeyd edək ki, terrorçu Mədəniyyət mərkəzinin binası qarşısında özünü partladıb. Nəticədə, 32 insan həlak olub, 100-ə yaxın insan isə yaralanıb.

Partlayışdan dərhal sonra “Twitter”də hadisə və ölənlərlə bağlı çoxsaylı foto və videolar yerləşdirilib. Güman ki, hakim qüvvələr sosial şəbəkəyə girişi məhdudlaşdırmaqla istintaqın marağını təmsil edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm