Bura ancaq Obama daxil ola bilər: gizli məkandan FOTOLAR
Bizi izləyin

Dünya

Bura ancaq Obama daxil ola bilər: gizli məkandan FOTOLAR

Dünyanın ən yaxşı qorunan və ciddi mühafizə edilən ərazisi məlum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 51.Bölgə adlı qadağan edilmiş bu zona Amerika Birləşmiş Ştatlarında yerləşir. Ən yaxşı mühafizə edilən və gizli saxlanılan əraziyə heç bir ABŞ vətəndaşı və ya hökumət rəsmisi daxil ola bilməz.

51.Bölgə şərti adı ilə adlandırılan əraziyə yalnız ABŞ prezidenti Barak Obama belə rəsmi icazə alaraq daxil ola bilər. Mövcud qaydalara əsasən, məxfi saxlanılan və səmadan, qurudan olduqca ciddi mühafizə olunan əraziyə daxil olanlar öldürülür.

Maraqlı cəhət bundan ibarətdir ki, yalnız səmadan çəkilən fotoların əks etdirdiyi həmin ərazinin nə üçün mühafizə edildiyi, orada nələrin gizli saxlanıldığı, mühafizə edildiyi məlum deyil. Qeyd edək ki, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər dəfələrlə bu əraziyə daxil olmağa səy göstəriblər. Lakin onların hamısının aqibəti acı sonluqla nəticələnib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm