Dünya
Türkiyə Krımda referendumu ləğv etməyə çağırır
Türkiyə Krımda referendumu ləğv etməyə çağırır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı "Anadolu" agentliyi yayıb.
Nazir bildirib: "Ankara Krımda vəziyyətin siyasi nizamlanması yollarını tapmaqdan ötrü əlindən gələni edir".
Davudoğlu qeyd edib ki, indiyədək Ukraynada siyasi böhranın nizamlanması üçün göstərilən səylər bir nəticə verməyib.
Bir müddət əvvəl Əhməd Davudoğlu Krımın Ukraynanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Ukraynadakı qeyri-sabit siyasi vəziyyət bütün Qara dəniz regionuna təsir edə bilər: "Ukraynanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir".
Ə.Davudoğlu bildirib ki, Krım tatarlarının təhlükəsizliyi Ankara üçün prioritetlərdən biridir və Türkiyənin öz prioritetlərini müdafiə etməyə tam haqqı var.
Xatırladaq ki, Krım parlamenti martın 6-da Rusiyaya birləşmək haqqında qərar qəbul edib. Həmçinin deputatlar yarımadanın statusuna dair martın 16-da referendumun keçirilməsinə səs veriblər.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI