Dünya
PKK üzvündən şok etiraf: “Bombanı biz yerləşdirdik və...” - FOTOFAKT
Türkiyədə 7 iyun parlament seçkilərindən öncə HDP-nin Diyarbəkirdəki mitinqində partlayan bombanın PKK tərəfindən yerləşdirildiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, bunu PKK-nın üzvü D.B
etiraf edib.
Türkiyə mediasının məlumatına görə, həmin terrordan bir gün sonra -
iyunun 8-də Qarsda polisə təslim olan 18 yaşlı D. B iki il ərzində
PKK-da gördüyü hər şeyi etiraf edib.
“Bomba partlayandan sonra “PKK seçki artıq bizimdir” deyə sevinməyə
başladı”, - deyə D. B bildirib.
Onun sözlərinə görə, mitinqdən öncə həmin yerə bombanı PKK
yerləşdirib: “Həmin mitinqdən iki gün öncə Rojin adlı xanım məni
Ömər adlı şəxslə Diyarbəkirə göndərdi. Diyarbəkirdə köhnə bazarda
yerləşən bir evə getdik. Evdə üç adam var idi. Burada daha öncə
hazırlanmış böyük çantada bomba var idi. Bizə dedilər ki, bombanı
HDP-nin mitinq keçirəcəyi yerə qoymalıyıq. Daha sonra Ömər adlı
şəxs bombanı götürdü. Dedi ki, bunu verəcəyi adam işi asanlıqla
yerinə yetirəcək. Həmin adam mitinqin keçiriləcəyi yerdə nəzarətçi
idi. Biz də Ömərlə birgə eyni gündə avtobusla İstanbula qayıtdıq.
Diyarbəkirdə mitinqin olduğu gün biz Rojinin evindəydik. Bomba
partlayandan sonra Rojin sevindi. “Bizim işimiz asanlaşdı, seçkinin
nəticəsi artıq təmin olunub” deyə sevindi. Bununla yanaşı,
təşkilata yeni üzvlərin cəlb edilməsi, narkotik və silah paylanması
işini davam etdirirdik. Bunları Ömərlə birgə əvvəlcə Diyarbəkirə,
oradan da Kobani sərhədinə aparırdıq”, - deyə o ifadəsində
bildirib.
D. B PKK-nın böyük səs gətirəcək terror aktları törədəcəyini də
deyib.
“Diyarbəkirdəki mitinqdə həyatını itirənlərə görə çox peşmanam.
Buna görə də polisə təslim olaraq kömək etmək qərarına gəldim”, -
deyə o bildirib.
Qeyd edək ki, 5 iyunda keçirilən mitinqdə 4 nəfər həyatını itirib,
200-dən çox adam yaralanıb.
İyulun 21-də Suruçda kürdlərə dəstək verən gənclərin toplaşdığı
mərkəzdə törədilən terror aktının da eyni ssenariyə aid olduğu
ehtimal olunur. Ekspertlər hesab edir ki, əsas məqsəd PKK-nın
ictimai legitimlik əldə etməsi və Türkiyə ictimaiyyətində dəstəyin
əldə olunmasına hesablanıb.
Asif Nərimanlı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular