Güneyli fəal Abbas Lisani həbs edildi
Bizi izləyin

Dünya

Güneyli fəal Abbas Lisani həbs edildi

Güneyli fəal Abbas Lisani Ərdəbil şəhərində həbs olunub.

Publika.az Amerikanın Səsinə istinadən xəbər verir ki, güneylii fəal evindən iş yerinə gedərkən təhlükəsizlik qüvvələri tərəfinfən saxlanılıb. Məlumata görə, onun barəsində birillik həbs qərarı çıxarılıb.

O, Urmiyə gölü ilə bağlı keçirilən kütləvi etirazlarda iştirakı ilə əlaqədar olaraq həbs cəzasına məhkum edilib.

Ərdəbil məhkəməsi Abbas Lisanini 2011-ci ildə Urmiyə Gölü ilə bağlı bir layihənin İran Parlamenti tərəfindən rədd edilməsindən sonra Ərdəbil vilayətində əhalini şəhər meydanlarında etiraz aksiyası təşkil etməyə çağıran “separatçı qrupların əsas ünsürü” kimi təqdim edib.

Abbas Lisani bundan əvvəl də İranın müxtəlif məhkəmələri tərəfindən həbs cəzası alaraq, dəfələrlə Ərdəbil, Təbriz, Yəzd və Əhər kimi şəhərlərin Ettelaat həbsxanaları və mərkəzi zindanlarında saxlanıb.

"Amnesty International" həmin illər onu vicdan məhbusu adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm