Türkiyə-Suriya sərhədində atışma: İŞİD Türk əsgərini öldürdü - VİDEO
Bizi izləyin

Dünya

Türkiyə-Suriya sərhədində atışma: İŞİD Türk əsgərini öldürdü - VİDEO

Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Kilis vilayətinin Elbəyli qəsəbəsində qarşı tərəfdən açılan atəş nəticəsində bir hərbiçi həlak olub, ikisi isə xəsarət alıb.

Publika.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisədən sonra Türkiyə-Suriya sərhədinin qarşı tərəfindəki hədəflər atəşə tutulub.

Kilis şəhərinin meri Süleyman Tapsız mətbuata açıqlamasında bildirib ki, Suriyada İŞİD terror qruplaşmasının nəzarətində olan bölgədən açılan atəşə dərhal cavab verilib. Məlumata görə, Türkiyə tərəfindən açılan atəş nəticəsində bir terrorçu məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm