Avropada daha bir qadağa
Bizi izləyin

Dünya

Avropada daha bir qadağa

Çexiya paytaxtının "Praqa-1" mərkəzi rayonunun administrasiyası seqveylərdən istifadə edilməsi ilə bağlı məhdudiyyətlər qoymaq niyyətindədir.

Rayon rəhbərinin müavini Rihard Bureş bildirib ki, GPS sistemi ilə məcburi qaydada təchiz olunmuş seqveylərdə hərəkətə icazə verilmiş küçə və meydanların siyahısı tərtib ediləcək. Rayonun bütün qalan hissələrində seqveydə hərəkət qadağan olunacaq. Qüvvədə olan qanuna görə, seqvey nəqliyyat vasitəsi hesab edilmir, onunla hərəkət edən "piyada" sayılır. Bununla əlaqədar olaraq, seqveylər səkilərdə hərəkət edir və onlarda hərəkət edən turistlər adi piyadalarla, görmə qabiliyyətini itirmiş insanlarla, uşaqlarla, pensiyaçılarla toqquşurlar. "Praqa-1" rayonunun administrasiyasına bununla əlaqədar hər gün şikayətlər daxil olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm