“Bordo berelilər” Suriyaya daxil oldu - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

“Bordo berelilər” Suriyaya daxil oldu - SON DƏQİQƏ

Suriya tərəfindən edilən hücumdan sonra Türkiyə Silahlı Qüvvələrinin “bordo berelilər” adlanan xüsusi təyinatlıları Suriya ərazisinə daxil olub.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, 60 “bordo bereli” İŞİD terror qruplaşmasının nəzarət etdiyi Ayyaşe kəndinə girib.

Suriyanın içərisinə 9 kilometr daxil olan “bordo bereliler” kəndi İŞİD-in əlindən alıb. “Yeni Şafak” müxbirinin əldə etdiyi məlumata görə, “bordo bereliler” Suriyaya daxil olarkən radio əlaqədən istifadə etməyib.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Kilis vilayətinin Elbəyli qəsəbəsində qarşı tərəfdən açılan atəş nəticəsində bir hərbiçi həlak olub, ikisi isə xəsarət alıb. Hadisədən sonra Türkiyə-Suriya sərhədinin qarşı tərəfindəki hədəflər atəşə tutulub. Kilis şəhərinin meri Süleyman Tapsız mətbuata açıqlamasında bildirib ki, Suriyada İŞİD terror qruplaşmasının nəzarətində olan bölgədən açılan atəşə dərhal cavab verilib. Məlumata görə, Türkiyə tərəfindən açılan atəş nəticəsində bir terrorçu məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm