Bulqakovun məşhur əsərinə qadağa qoyuldu
Bizi izləyin

Dünya

Bulqakovun məşhur əsərinə qadağa qoyuldu

Rusiyanın Çelyabinsk vilayətində Zlatoust şəhərinin prokurorluğu rus ədəbiyyatının klassiki Mixail Bulqakovun “İt ürəyi” əsərini uşaq düşərgələrinin kitabxanalarından yığışdırmaq barədə qərar verib.

Publika.az-ın məlumatına görə, prokurorluğun qərarında “İt ürəyi”nin uşaqların psixikasına pis təsir göstərdiyi əsas gətirilərək 12 yaşdan sonra oxunması məsləhət bilinib.

Uşaq kitabxanalarından yığışdırılan kitablar arasında “1001 gecə” də var - bu kitabı yalnız 16 yaşa çatanların oxumasına icazə verilir.

Prokurorluq düşərgədə yoxlamalara iki yeniyetmənin davasından sonra başlayıb.

Yeniyetmələrdən biri o birinin başını daşla yarıb.

Yoxlama aparanlar bu qərara gəliblər ki, bunun səbəbi həm də yeniyetmələrin yaşlarına uyğun olmayan kitabları oxumasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm