Əhməd Davutoğlundan İŞİD və PKK tərəfdarlarına xəbərdarlıq
Bizi izləyin

Dünya

Əhməd Davutoğlundan İŞİD və PKK tərəfdarlarına xəbərdarlıq

“İslam Dövləti yaraqlıları, qadağan olunmuş PKK üzvləri və onlarla əlbir olan İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsinə (DHKP-C ) qarşı əməliyyatlar davam etdiriləcək”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Ahmet Davutoglu ölkə boyu İslam Dövləti və PKK yaraqlılarına qarşı keçirilən reydlərlə bağlı iyulun 24-də Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, heç kim Türkiyədə hakimiyyəti dəyişə, qanuni hakimiyyətə paralel qurum yarada bilməz və bunu edənlər cəzalandırılacaq.

Qeyd edək ki, iyulun 24-də Türkiyədə keçirilən reydlərdə 250-dən çox şübhəli saxlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm