Misirdə “Ata və oğul” göydələni - FOTO
Bizi izləyin

Dünya

Misirdə “Ata və oğul” göydələni - FOTO

“IAMZ Studio” şirkətinin mütəxəssis və dizaynerləri Misirin Qahirə şəhərində inşa ediləcək “Ata və oğul” göydələninin layihəsinə başlayıblar.

Həmin ərazidən möcüzəli Vadi Diqla vadisinə çox gözəl bir mənzərə açılacaq.

Layihə müəlliflərinin qənaətinə görə, göydələnin dizaynı müasir və ənənəvi müsəlman arxitekturasını özündə birləşdirərək, yaşadığımız dövrün zamanını və tikinti ərazisinin xüsusiyyətlərini əks etdirəcək.

Memarlar həm də hesab edirlər ki, hündürlüyü 470 metr olan bina Misir paytaxtının inkişafının simvoluna çevrilməklə yanaşı, şəhərdə əhali artımı probleminin də həllinə yardımçı olacaq.

Qüllənin fasadı ərəb naxışları ilə örtülüb ki, bununla da o dünyanın digər göydələnlərindən seçilir. Göydələnin şəhər aeroportunun yaxınlığında inşası nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm