İŞİD snayperləri Türkiyə sərhədində - VİDEO
Bizi izləyin

Dünya

İŞİD snayperləri Türkiyə sərhədində - VİDEO

İki gün əvvəl Türkiyə-Suriya sərhədində baş verən və bir türkiyəli hərbçinin şəhid olmasından sonra Türkiyə ordusunun İŞİD-in mövqelərinə ağır zərbələr endirməsinə baxmayaraq, terror qruplaşmanın silahlıları sərhədin bir sıra nöqtələrində olduqca rahat görünürlər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD snayperləri qarşıdurmanın baş verdiyi Kilisin 40 kilometrliyində yerləşən Karkamışda görünüblər.

İŞİD silahlılarının yerləşdiyi binadan qərargah olaraq istifadə edildiyi təxmin edilir. Bina Türkiyəyə aid polis bölməsi və gömrük binasının çox yaxınlığında yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm