Krım Rusiyaya birləşdirilsinmi? - Sorğu
Bizi izləyin

Dünya

Krım Rusiyaya birləşdirilsinmi? - Sorğu

Krım Rusiyaya birləşdirilsinmi?-Sorğu

Krım Muxtar Respublikasının gələcək statusunu müəyyənləşdiriləcək referendumla bağlı sorğu keçirilib.

Publika.Az –ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, referendumun rəsmi saytında keçirilən onlayn-sorğuda 25 mindən çox adam iştirak edib.

Sorğu iştirakçılarının 78 faizinin Krımın yenidən Rusiyaya birləşdirilməsinə, qalanının isə 1992-ci il Konstitusiyasının bərpasına səs verdiyi bildirilir.

Qeyd edək ki, Ukraynanın Krım Muxtar Respublikasının parlamentinin qərarı ilə 30 Martda keçirilməsi planlaşdırılan referdum iki həftə irəli çəkilərək 16 Mart tarixinə təyin edilib. Ukraynanın yeni hakimiyyəti isə Krımda referendumun keçirilməsinin Ukrayna Konstitusiyasına zidd olduğunu bildirir. ABŞ başda olmaqla Qərb dünyası da referendumun nəticələrini tanımayacağını bəyan edib.

Krım hakimiyyəti referendum hazırlıqlarının 14 Martda tamamlanacağını açıqlayıb.Referenduma iki sual çıxarılacaq: Krımın Rusiyaya birləşdirilməsi və Krıma geniş səlahiyyətlər verən 1992-ci il Konstitusiyanın bərpası. Krım Tatar Məclisi isə referendumu boykot edəcəyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm