İŞİD-in azərbaycandakı əsas adamı Türkiyədə həbs olundu - FOTO
Bizi izləyin

Dünya

İŞİD-in azərbaycandakı əsas adamı Türkiyədə həbs olundu - FOTO

Türkiyə mediası İstanbulda həbs olunan azərbaycanlı baş İŞİD-çidən danışır.

Axar.az-ın xəbərində deyilir ki, bir neçə gündür gündəmdən düşməyən Abdulla Abdullayev “İslam xilafəti”nin bu ölkədə açar adı kimi təqdim olunur. Onun terrorçuları Suriya və İraqa keçirməkdə xüsusi rol oynadığı xəbərlərdə yer alıb.

Polisin araşdırmalarına görə, Abdullayev onları Avropa və Orta Asiya ölkələrindən cəlb edərək Yaxın Şərqə göndərməyə nail olub. Xarici döyüşçülər Abdullayev tərəfindən kirayə evlərdə saxlanırmış.

Hazırda Abdullayevlə əlaqəli 36 nəfər saxlanıb. Onların sırasında özbək, çeçen, fransız və azərbaycanlılar olduğu məlumat verilib. Odatv.com xəbər yayıb ki, İŞİD əməliyyatın kod adı Abdulla Abdullayevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm