Vitse-spikerin gizli VİDEOSU
Bizi izləyin

Dünya

Vitse-spikerin gizli VİDEOSU

Britaniyada lordlar palatasının sədr müavini lord Sevel adı ətrafında qalmaqal yarandığından vəzifəsindən istefa verib.

Publika.az-ın məlumatına görə, qalmaqala yerli mətbuatda fahişələrlə əhatə olunmuş lordun narkotik qəbul etməsini əks etdirən videonun yayılması səbəb olub.

Vitse-spikerlə bağlı ifşaedici material Sun tabloid qəzetində bazar günü dərc olunub.

Lordlar palatasının spikeri baroness D'Souza-nın sözlərinə görə, lord Sevel vitse-spikerliklə yanaşı İmtiyazlar komitəsi sədri vəzivəsindən də istefa verib.

Videoyazıda siyasətçinin kokaini fahişənin sinəsindən bürulmuş 5 funtluq əskinas vasitəsilə burnuna çəkdiyi əks olunub.

Baroness D'Souza artıq keçmiş müavinin hərəkərlərindən şoka düşdüyünü deyərək bu işin polisə ötürüldüyünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm