Yəməndə Ədən hərbi hava bazası uğrunda döyüşlər başlayıb
Bizi izləyin

Dünya

Yəməndə Ədən hərbi hava bazası uğrunda döyüşlər başlayıb

Yəməndə Husi liderin yaraqlılarla döyüşən Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın günlük humanitar atəşkəs çağırışını rədd etməsi ilə ölkənin ən böyük hərbi hava bazası uğrunda yeni döyüşlər baş qaldırıb.

Husi komandiri Abdel-Malek Əl Husinin sözlərinə görə, atəşkəs yalnız İŞİD və Əl-Qaidə yaraqlılarına sərf edəcək.

"Döyüşlər davam edir və müharibə hələ başa çatmayıb" - deyə Əl-Husiyə istinadən qrupun Twitter hesabında bildirilir.

Husi qüvvələri Taiz şəhərində pənah tapmış məcburi köçkünlərə ayrılmış və Dünya Ərzaq Proqramına məxsus humanitar yardımla dolu 16 yük maşınını ələ keçirib.

İranla müttəfiq Hut\si yaraqlıları və Səudiyyənin başçılıq etdiyi qüvvələr Yəmənin əsas liman şəhəri olan Ədəndəki hərbi hava bazası uğrunda döyüşür. Son 4 ayda baza Husi hərəkatının əlində olub.

Döyüşlər nəticəsində 3500-dən çox insan həlak olub və Yəmən prezidenti Əbdu Rabu Mansur Hadi Səudiyyə Ərəbistanına qaçmağa məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm