Əsəd etiraf etdi
Bizi izləyin

Dünya

Əsəd etiraf etdi

Suriya prezidenti dövlət televiziyası ilə canlı yayımlanan çıxışında ordunun yaraqlılarla döyüşdə ölkənin bəzi ərazilərini verməli olduğunu etiraf edib.

Publika.az-ın məlumatına görə, Əsəd məğlubiyyətini belə izah edib:

"Biz ən mühüm regionları müəyyən etməli idik ki, silahlı qüvvələrimiz onların məhvinə imkan v verməmək üçün mübarizə aparsın. Ona görə də diqqətimizi bu ərazilərə yönəltməli olduq. Biz məhv olmuruq... Suriya ərəblərinin ordusunun lüğətində məğlubiyyət ifadəsi yoxdur".

Ancaq prezident etiraf edib ki, ordudakı zabitlərin sayı ölümlər və ordudan yayınmalar səbəbilə azalıb. "Bizim insan resursu çatışmazlığımız var" - deyə Suriya lideri bu gün paytaxt Dəməşqdə səhər canlı yayımlanan müraciətində bildirib.

Suriya hökumət qüvvələri ölkənin simal-qərb vilayəti olan İdlib və cənub sərhəd regionunun böyük bir hissəsini tərk etməli olub. İŞİD yaraqlıları hətta tarixi Palmira şəhərinin nəzarətini də ələ keçirib.

"Ordu ölkənin hər yerində ola bilməz" deyə prezident Əsəd bildirib: "Biz müqavimət göstərəcəyik... silahlı qüvvələrimiz vətənimizi qorumaq iqtidarındadır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm