Dünya
Terror aktlarını millət vəkili planlaşdırıb – ŞOK ETİRAF
Türkiyənin Şanlıurfa vilayətində polisin ələ keçirdiyi ağır silahlar və partlayıcı maddələrin HDP-nin Şırnakdan olan millət vəkili Faysal Sarıyıldıza aparıldığı ortaya çıxıb.
Publika.az “Akşam” qəzetinə istinadən xəbər verir
ki, PKK HDP-li millət vəkilləri və liderləri ilə Suruç və
Ceylanpınarda qanlı terror aktlarının törədilməsi üçün 6 ay öncə
planlar qurub. Bunu millət vəkili F. Sarıyıldıza ağır silahları
aparan sürücülər etiraf ediblər.
Kuryer H. M: PKK Suriyada böyük miqdarda silahları
Türkiyəyə gətirir. Suruçda törədilən terror aktından istifadə
olunan partlayıcı maddələri ilə bələdiyyə sədri və bələdiyyə
binasında hücum ediləcəkdi.
Kuryer İ.Ç: Çantada polis idarəsi, bələdiyyə
binasını partladacaq qədər bomba var idi. PKK yazda
planlaşdırdıqları addımlar üçün Suruç, Nusaybin, Cize və
Diyarbəkirə çoxlu sayda silah göndərir.
H. M: “PKK-lı İ. ilə A. adlı şəxslər İ. Ç ilə mənə
zəng edərək “M.-dan silahları alın, bir gün evinizdə saxlayın və
0535 8...... nömrəli telefonla əlaqə saxlayın. Suruçdan gələcək
PKK-lılar onları sizdən alacaqlar” dedi. Silahlar PKK/KCK terror
təşkilatı tərəfindən Suruç terrorunda istifadə olunacaqdı.
Qarşıdakı dönəmdə atacaqları addımlar üçün xüsusilə Suruç və
Diyarbəkirə silah daşıyıb depolarda saxlayırlar. Başda bələdiyyə
sədri, bələdiyyə binası olmaqla PKK-nın törədəcəyi terror
aktlarında istifadə edəcəyi bombalar Ceylanpınarda hücrə evlərində
saxlanılır”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!