İŞİD-i neftlə bəsləyən kimlərdir? – FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD-i neftlə bəsləyən kimlərdir? – FOTOLAR

Son illər dünyanı lərzəyə gətirən İŞİD terror təşkilatı üçün neft çox əhəmiyyətli gəlir mənbəyinə çevrilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Beynəlxalq anti-terror mərkəzləri İŞİD-in gücünün səbəbləri və maliyyə mənbələri barədə apardıqları araşdırmaların nəticəsinə əsaslanaraq bu təşkilatı indi dünyanın “neft zəngi”ni elan ediblər.

Bu gün İŞİD Suriyada, İraqda ələ keçirdiyi neft yataqlarından çıxarılan nefti sataraq, oradan qazandığı gəlirlə öz fəaliyyətini daha da genişləndirir. Beynəlxalq anti-terror mərkəzlərinin araşdırmalarına görə, İŞİD hər ay neftdən ən azı 10 milyon dollar qazanır. Amma bu, İŞİD-in yeganə gəlir mənbəyi deyil.

“NBC News” televiziyasının xəbərinə görə, bu günlərdə ABŞ-ın Suriyada keçirdiyi hərbi əməliyyat zamanı İŞİD-in maliyyə qaynaqları haqqında yeni kəşfiyyat məlumatları əldə edilib. Bu məlumatlar onu göstərir ki, hazırda İŞİD-in milyonlarla dollarlıq neft sərvəti mövcuddur. İŞİD-in əsas gəlir mənbələrindən biri də neft qaçaqmalçılığıdır. ABŞ televiziyasının iddiasına görə, İŞİD qaçaqmalçılıq yolu ilə ən çox Türkiyəyə neft satır. İŞİD-in neft qaçaqmalçılığından qazandığı vəsait isə aylıq 8-10 milyon dollar arası dəyişir. Terror təşkilatı neft satışından əldə etdiyi vəsaitlə üzvlərinin maaşlarını ödəyir və hərbi təchizatını gücləndirir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hazırladığı bir hesabatda isə qeyd olunur ki, hazırda İŞİD dünyanın hər yerinə neft və digər yanacaq satır: “İŞİD-in əsas satış bazarı Suriya və İraqda yerləşir. İŞİD Suriyada həm müxalifətə, həm də Bəşər Əsəd rejiminə yanacaq satır”.

ABŞ-ın “NBC News” televiziyası isə dünya birliyini İŞİD-ə qarşı təcili tədbir görməyə səsləyir: “Əgər İŞİD-in qarşısı tezliklə alınmasa, o zaman dünya ölkələri terrorun qarşısında aciz qalacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm