Dünya
İndoneziyada DƏHŞƏTLİ ZƏLZƏLƏ: 7 BAL
İndoneziyanın şərqindəki Papua əyalətində 7 bal gücündə zəlzələ baş verib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin açıqlamasında deyilir ki, zəlzələnin episentri paytaxt Cakartanın 247 kilometr qərbində, 52,9 kilometr dərinlikdə qeydə alınıb.
Yerli saatla 06.41-də meydana gələn zəlzələ nəticəsində 4 ev, 2 yaşayış binası və bir kilsə dağılıb. İnsanları qəfil qorxudan zəlzələ zamanı qaçmaq üçün çaya atılan 15 yaşındakı yeniyetmə itkin düşüb.
İndoneziya Meteorologiya Agentliyi isə xəbər verib ki, zəlzələdən ən çox zərər çəkən ərazi şimaldakı Şarm şəhəri olub. Dağlıq bölgədə yerləşən bir çox kəndlərdə isə rabitə əlaqəsi və elektrik enerjisi kəsilib. Hazırda bölgəyə yardım qüvvələri göndərilir.
Xatırladaq ki, tektonik və vulkanik ərazidə yerləşən İndoneziyada sonuncu dəfə ən güclü zəlzələ 26 dekabr 2004-cü ildə baş verib. Həmin vaxtı 9,1 bal gücündə olmuş zəlzələ nəticəsində 230 min adam həyatını itirmişdi.
Vasif Həsənli
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları