İran prezidentindən Türkiyəni təəccübləndirən QƏRAR
Bizi izləyin

Dünya

İran prezidentindən Türkiyəni təəccübləndirən QƏRAR

İran prezidenti Həsən Ruhani ölkəsində kürd dili, ədəbiyyatı və mədəniyyətini gücləndirmək məqsədi ilə bu ilin sentyabrından etibarən Kürdüstan Universitetində kürdcə tədrisə başlanılacağını bəyan edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İran prezidentinin bu bəyanatı qonşu Türkiyədə birmənalı qarşılanmayıb.

Prezident Həsən Ruhani İranın Kürdüstan əyalətinin mərkəzində təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı onu da bildirib ki, kürdlərin mədəniyyətinin qorunması üçün atılan bu ilkin addım gələcəkdə yenə davam etdiriləcək: “Yaxın zamanlarda İranda kürdcə yeni nəşr də fəaliyyətə başlayacaq. Bu nəşr İranda kürdlərin mədəniyyətinin qorunmasının bariz nümunəsidir”.

Xatırladaq ki, İran Konstitusiyasının tələblərinə görə, ölkənin rəsmi dövlət dili farscadır. Bununla yanaşı, İranda digər yerli dillərdə də tədris və danışmaq sərbəstdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm