“Pijamalı kral”ın qızına cinayət işi açıldı - FOTO
Bizi izləyin

Dünya

“Pijamalı kral”ın qızına cinayət işi açıldı - FOTO

“Doğan” Holdinqinin rəhbəri Aydın Doğanın qızı Hanzade Doğan Boynerə cinayət işi açılıb.

Publika.az xəbər verir ki, İstanbul prokurorluğu “Doğan” Holdinqinə daxil olan “Petrol Ofisi” şirkəti haqda 2007-ci ildə başladığı istintaq işində əvvəlcə “Qaçaqmalçılıqla mübarizə haqda” qanunu əsas götürsə də, sonradan istintaqa “mütəşəkkil cinayətkarlıq” maddəsi də əlavə olunub.

İstintaq araşdırmalarında məlum olub ki, şirkət böyük miqdarda vergidən yayınıb.

2007-ci ildə şirkətin rəhbəri olan Aydın Doğanın qızı Hanzade Doğan polisə çağırılıb. Daha sonra o, Terror və Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bürosunda ifadə verib. O, bütün ittihamları rədd edib. Hazırda istintaq davam edir.

Qeyd edək ki, A. Doğana vaxtilə baş naziri evində pijama ilə qarşıladığı üçün “pijamalı kral” da deyirlər. Bir müddət Türkiyədə əsas söz sahiblərindən olan Doğan hazırda əvvəlki gücünü itirməkdədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm