Ərdoğan sərt danışdı: “Qisasımızı alacağıq”
Bizi izləyin

Dünya

Ərdoğan sərt danışdı: “Qisasımızı alacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Çin səfəri öncəsi maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, üç gün davam edəcək Çin səfərindən öncə Ərdoğan terror aktlarından və keçirilən əməliyyatlardan danışıb.

“Muşda şəhid olan minbaşımıza Allahdan rəhmət diləyirəm. Bu xainlərə ən qısa zamanda cavab veriləcək. Türkiyə Cümhuriyyəti terror təşkilatı ilə sözdə siyasətçi, yaxud aydın olduğunu deyib, terrorla əlaqəsi olan hər kəsdən şəhidlərin qanını alacaq. Burada hər hansı geriyə addım atmaqdan söhbət belə gedə bilməz. Türkiyənin Kandildə və daxildə apardığı mübarizə adi məsələ deyil. İstər İŞİD, istərsə digər terror təşkilatlarına qarşı aparılan mübarizə sadəcə millətimizin sülh içində yaşaması üçün deyil, eyni zamanda dövlət əhəmiyyətli məsələnin reallaşmasıdır. Bu mübarizə sonuna qədər davam edəcək. Bu gün həm də dostlarımızın tanınması günüdür”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti bu gün NATO-nun baş verənlərlə bağlı keçiriləcək toplantısına da toxunub. Bildirib ki, NATO-nun lazımi addımlar atacağına inanır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm