HDP bağlana bilər: partiyanın fəaliyyəti araşdırılır - ŞOK QƏRAR
Bizi izləyin

Dünya

HDP bağlana bilər: partiyanın fəaliyyəti araşdırılır - ŞOK QƏRAR

Türkiyənin Respublika Prokurorluğu siyasi partiyaların ölkə konstitusiyasının tələblərinə zidd hərəkətlərə yol verməkdə şübhəli bilinən və kürdlərə yaxın olan HDP-nin fəaliyyətinin araşdırılması barədə qərar çıxarıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, prokurorluğun bu qərarı ölkədəki digər siyasi partiyaların da dəstəyini qazanıb. Belə ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən millət vəkilləri HDP-nin bəzi üzvlərinə qarşı cinayət işi açılmasını tələb ediblər.

AKP-çi deputatlar hesab edir ki, HDP terror fəaliyyəti ilə məşğul olur: “HDP seçkilərdə ilk dəfə olaraq böyük seçici səsini qazana bilib. Buna səbəb isə onun xalqa “biz Türkiyənin partiyası olacağıq” vədi verməsidir. Ancaq son hadisələr bir daha göstərdi ki, bir sıra HDP-çi şəxslər PKK terrorçularına dəstək verirlər. Hesab edirik ki, prokurorluq dərhal HDP-nin fəaliyyətini dərindən araşdırmalıdır və günahkarları layiqli şəkildə cəzalandırmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm