Bu dövlət Türkiyənin hərbi əməliyyatlarına dəstək verdi
Bizi izləyin

Dünya

Bu dövlət Türkiyənin hərbi əməliyyatlarına dəstək verdi

Qətər dövləti Türkiyənin son günlər PKK və İŞİD terrorçularına qarşı başladığı hərbi əməliyyatlara yaxından dəstək verdiyini bəyan edib.

Publika.az-ın məlumatına görə, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatını ölkənin “QNA” dövlət xəbər agentliyi yayıb.

Bəyanatda qeyd olunur ki, Türkiyənin terror təşkilatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar Qətər dövləti tərəfindən dəstəklənir: “Türkiyənin öz sərhədlərini, suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə atdığı bütün addımlar Qətər dövləti tərəfindən dəstəklənir. Səbəb və nəticəsi nə olursa olsun, istənilən terror aktı və zorakılığa qarşı olan Qətər dövləti hər zaman dost Türkiyənin yanındadır”.

Qətərin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda ötən həftə Türkiyədə baş vermiş terror aktı zamanı həyatını itirən insanlara görə başsağlığı da yer alıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm