Kişi öz arvad-uşağını girov götürdü
Bizi izləyin

Dünya

Kişi öz arvad-uşağını girov götürdü

Belçikada kişi arvad və uşağını girov götürüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Belçikanın İksel kommunasında baş verib. Hüquq mühafizə orqanlarının verdiyi məlumatda bildirilir ki, kişi silahlıdır. Polis girovları azad etmək üçün Dotzenberq küçəsində əməliyyat keçirib. Onlar səsgücləndiricilərlə kişidən arvad və uşağını azad etməyi tələb edib.

Məlumata görə, kişi əvvəllər də arvadına hədə-qorxu gəldiyi üçün saxlanılıb. Lakin sorğu-sualdan sonra o, azad edilib. Qonşuların sözlərinə görə, girovları saxlayan kişi keçmiş hərbçidir və ictimaiyyət qarşısına hər zaman hərbi kamuflyajla çıxır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm