Rusiya ABŞ təşkilatının fəaliyyətini qadağan etdi
Bizi izləyin

Dünya

Rusiya ABŞ təşkilatının fəaliyyətini qadağan etdi

Rusiya prokurorluğu iyulun 28-də ABŞ-ın “Demokratiya uğrunda milli fond” (NED) təşkilatının ölkədə fəaliyyətini qadağan edib.

Baş prokurorun müavini Vladimir Malinovski Ədliyyə Nazirliyinə bu qeyri-hökumət təşkilatının qeydiyyatının ləğvini göstəriş verib.

Qeyd edək ki, prezident Vladimir Putin bu ilin mayında xarici QHT-lərlə bağlı müvafiq qanun imzalayıb.

Hüquq müdafiəçiləri bu qanunu vətəndaş cəmiyyətinin boğulmasına yönəlmiş addım kimi qarşılayır.

Hakimiyyət isə bunun Rusiyanın təhlükəsizliyinə əngəl olan xarici QHT-lərə qarşı yönəldiyini deyir.

Prokurorluğun bəyanatında deyilir ki, “NED” təşkilatı Rusiyanın konstitusion dövlət sistemi, dövlətin müdafiə və təhlükəsialiyini təmin etməsinə xüsusi təhlükə yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm