Türkiyədə daha bir əməliyyat: 20 nəfər həbs olundu
Bizi izləyin

Dünya

Türkiyədə daha bir əməliyyat: 20 nəfər həbs olundu

Türkiyə polisi bu gün səhər saatlarında üç bölgədə əməliyyatlar keçirib.

Publika.az xəbər verir ki, İzmir, Adıyaman və Ankarada keçirilən əməliyyatlar zamanı ümumilikdə 20 nəfər həbs olunub. Həbs olunanların PKK və İŞİD-ə bağlantıları olduğu ehtimal olunur.

Qeyd edək ki, 20 iyul Suruç terrorundan sonra Türkiyə daxildə və xaricdə İŞİD və PKK terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. Ölkə daxilində keçirilən əməliyyatlar zamanı 1000-dən çox şəxsin həbs olunduğu deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm