Prokurorluqdan özünü yandıran məcburi köçkünlə bağlı AÇIQLAMA
Bizi izləyin

Dünya

Prokurorluqdan özünü yandıran məcburi köçkünlə bağlı AÇIQLAMA

Baş Prokurorluq özünü yandıran Ağdam köçkünü ilə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 27-də saat 17 radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında Ağdam rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü Nəsibov Sahib İsmayıl oğlunun üstünə benzin tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. S.Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm